Blok — çənbəri üzərində nov olan və oxa nəzərən fırlana bilən çarx olub sadə mexanizmlərə aiddir və iki növü vardır: tərpənən və tərpənməz bloklar. Tərpənən blok - qüvvədə 2 dəfə qazanc əldə etmək məqsədi ilə istifadə olunan birinci növ lingdir. Birinci növ ling - qollara təsir edən qüvvələrin hər ikisi dayaq nöqtəsindən bir tərəfdə olan lingdir. Blokdan aşırılmış ipə F qüvvəsi ilə təsir etdikdə, o dayaq nöqtəsi ətrafında dönür. Bu qüvvənin qolu blokun OB=2r diametrinə bərabərdir. Blokdan asılan yükə təsir edən ağırlıq qüvvəsinin həmin dayaq nöqtəsinə nəzərən qüvvə qolu isə OA=r - dir. Hec bir mexanizm işdə qazanc vermir
Blokun tarazlıq şərti - bloku saat əqrəbi istiqamətində fırladan qüvvələrin momentləri cəminin saat əqrəbinin əksi istiqamətində fırladan qüvvələrin momentləri cəminə bərabər olmasıdır: F2r=mgr. Buradan , F=mg/2. Yəni,tərpənən blok qüvvədə 2 dəfə qazanc verir.
Tərpənməz blok - qüvvədə qazanc verməyib, onun təsir istiqamətini dəyişən və qolları bərabər olan ikinci növ lingdir. İkinci növ ling - qollara təsir edən qüvvələr lingin dayaq nöqtəsindən müxtəlif tərəflərdə olan sadə mexanizmdir. Sadə mexanizmlər qüvvəni dəyişmək üçün işlədilən alətlərdir. Tarazlıq şərti: Fr=mgr və F=mg. Yəni,tərpənməz blok qüvvədə qazanc vermir.
Blok sözünün həmçinin, bir neçə mənası daha vardır. Onlara nəzər yetirək:
1. Hərfi anlamda: bir-birinə bənzər elementlər qrupu; məsələn: verilənlər baytları, yaddaş oyuqları və ya mətn seqmentləri. Bu termin müxtəlif kontekstlərdə işlədildiyindən onun dəqiq mənası təşkil olunduğu elementlərin tipindən asılı olur.
2. Proqramlaşdırmada: əməliyyat sistemi tərəfindən müvəqqəti olaraq proqrama ayrılmış (verilmiş) operativ yaddaşın bir bölməsinə və ya proqramın vahid tam kimi baxılabilən deyimlər qrupu.
3. Rabitə sistemlərində: identifikasiya kodlarından, verilənlərin özlərindən və xəta aşkarlama kodlarından ibarət olan ötürülən informasiya elementi.
4. Yaddasaxlama qurğularında: tam şəkildə oxunan və yazılan verilənlərin ardıcıl baytlarının qrupu.
5. Videosistemlərdə: vahid obyekt kimi emal olunan piksellərin düzbucaqlı şəbəkəsi.
6. Tətbiqi proqramlarda: ayrılan və sonradan onunla vahid tam kimi manipulyasiya edilən mətn seqmenti.